Valyuta məzənnəsi: $ 1.7 € 1.8198 ₽ 0.0182 ₺ 0.0522
AZ EN RU

Ayın işcisi

Noyabr Ayının İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi seçilmişdir

Noyabr - 2011

“Çıraq Neft Layihəsi”-nin icrası zamanı yüksək nəticələrə nail olan, nizam-intizam və SƏTTƏM qaydalarına ciddi riayət edən işçilər arasından, şirkətin menecerləri arasında keçirilən müsahibə nəticələrinə əsasən, müvafiq olaraq, Məmmədxanov Bərxudar - “Ayın İşçisi” və Məmmədyarov Rəfail - SƏTTƏM üzrə Ayın İşçisi adlarına layiq görülmüşdülər.

Məmmədxanov Bərxudar Rıza oğlu “Caspian Pipe Coatings”(CPC) şirkətinin ən qocaman işçilərdən biri hesab olunur. Bərxudar müəllim CPC-də fəaliyyətini 2002-ci ildə Elektrik vəzifəsində başlamışdır. CPC-də fəaliyyəti dövrü ərzində Bərxudar müəllim özünü peşəkar və təcrübəli işçi kimi göstərmişdir.

Məmmədyarov Rəfail Əzim oğlu 2003-cü ildə “Caspian Pipe Coatings”(CPC) MMC-nə Təmirçi vəzifəsinə işə qəbul edilmişdir. Göstərdiyi çalışqanlıq və peşəkarlıq sayəsində Rəfail 2005-ci ildə Mexanik/qaynaqçı daha sonra isə 2011-ci ildən Mexanik-qaynaq işləri üzrə briqadir vəzifəsinə təyin olunmuşdur. Fəaliyyəti dövrü ərzində  Rəfail  SƏTTƏM qaydalarına ciddi riayət edən işçi kimi özünü göstərmişdir.