Valyuta məzənnəsi: $ 1.7 € 1.8479 ₽ 0.0194 ₺ 0.0515
AZ EN RU

Ayın işcisi

Sentyabr ayı üzrə “Ayın İşçisi” və “SƏTTƏM üzrə Ayın İşçisi” seçilmişdir

Sentyabr - 2011

“Çıraq Neft Layihəsi”-nin icrası zamanı yüksək göstəricilərinə görə, o cümlədən nizam-intizam və SƏTTƏM qaydalarına ciddi riayət edən işçilər şirkətin menecerləri arasında keçirilən sorğuların nəticələrinə, əsasən müvafiq olaraq “Ayın İşçisi” və SƏTTƏM üzrə Ayın İşçisi adlarına layiq görülmüşlər. Belə ki, Rövşən Əliyev Caspian Pipe Coatings (CPC) üzrə Ayın İşçisi, Qoşqar Məmmədov isə SƏTTƏM üzrə Ayın işçisi seçilmişdir. Keçən aylardan  fərqli olaraq sentyabr ayında “Caspian Pipe Coatings” (CPC) şirkətinin SƏTTƏM şöbəsinə  göstərdiyi dəstəyə görə  BP/ABƏŞ-in əməkdaşı Vəfa Muxtarova SƏTTƏM  üzrə Ayın İşçisi adına layiq görülmüşdür.

Əliyev Rövşən Musa oğlu 2003-cü ildə Boru izləmə sistemi üzrə əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir.  O, CPC-də çalışqanlıq və işgüzarlıq sayəsində 2010-cu ildən Boru izləmə sistemi üzrə mütəxəssis vəzifəsinə, daha sonra isə Boru izləmə sistemi üzrə nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Rövşən Əliyev 2003-cü ildən başlayaraq CPC şirkətinin həyata keçirdiyi “Azəri-Çıraq- Günəşli”, “Şahdəniz”,“Neft Daşları-Bahar”, “Bahar-Hövsan” və digər kiçik-həcmli layihələrdə iştirak etmişdir.

Məmmədov Qoşqar Hüseynağa oğlu 2003-cü ildən etibarən CPC şirkətində əvvəlcə fəhlə daha sonralar isə beton təmirçisi, anod operatoru və hal-hazırda Betonlama sexinin operatoru vəzifəsində çalışır. Qoşqar Məmmədov CPC-də fəaliyyət göstərdiyi dövrdə müəssisədə həyata keçirilən bir çox layihələrin icrasında iştirak etmiş, özünü peşəkar və SƏTTƏM qaydalarına ciddi riayət edən işçi kimi göstərmişdir.