Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Ayın işcisi

Avqust ayı üzrə “Ayın İşçisi” və “SƏTTƏM üzrə Ayın İşçisi” seçilmişdir

Avqust - 2011

Caspian Pipe Coatings (CPC) şirkəti İyul ayından etibarən Çıraq Neft Layihəsinin icrası zamanı öz nizam-intizamı və işgüzarlığı ilə seçilən, habelə SƏTTƏM qaydalarına ciddi riayət edən işçiləri müvafiq olaraq “Ayın İşçisi” və “SƏTTƏM üzrə Ayın İşçisi” nominasiyaları ilə təltif etmək qərarına gəlmişdir. Menecerlər arasında keçirilən sorğunun nəticələrinə əsasən Zaur Bəşirov avqust ayı üzrə “Ayın İşçisi” nominasiyasının qalibi, Elşən Məmmədov və Xaləddin İsmayılov “SƏTTƏM üzrə Ayın İşçisi” nominasiyasının qalibləri olmuşdur.
 
Bəşirov Zaur Manaf oğlu 2007-ci ildə Referent-tərcüməçi vəzifəsində CPC-yə işə qəbul olunmuşdur. Həmin dövrdən bu günədək Zaur gənc mütəxəssis, işgüzar və nizam-intizamlı işçi kimi “Bahar-Hövsan”, “Kaşaqan” və ARDNŞ-nin kiçik-həcmli layihə sənədlərinin və müqavilələrin hazırlanmasında və icrasında yaxından iştirak etmiş, eləcə də digər əməkdaşlara aidiyyəti işlərdə dəstək göstərmişdir. Zaur Bəşirov Çıraq Neft Layihəsi çərçivəsində 2 il ərzində davam edən sertifikatlaşma və tenderqabağı sənədləşmə işlərinin həyata keçirilməsində özünəməxsus rol oynamışdır. O, 2011-ci ildən etibarən Layihə sənədləri və müqavilələr üzrə koordinator vəzifəsində çalışır.

Məmmədov Elşən İmperat oğlu 2003-cü ildə Boru betonlama sexinin mexaniki vəzifəsində CPC-yə işə qəbul olunmuşdur. O, həmin dövrdən bu günədək müəssisədə operator, briqadir, Boru betonlama sexinin operatoru və nəzarətçisi vəzifələrində çalışmışdır. İşlədiyi dövr ərzində Elşən işgüzar və təcrübəli işçi kimi “Azəri-Çıraq Günəşli”, “Şahdəniz”,“Neft Daşları-Bahar”, “Bahar-Hövsan” və digər kiçik-həcmli layihələrdə iştirak etmişdir.

 

İsmayılov Xaləddin Cəbrayıl oğlu 2007-ci ildə Boru izolyasiya sexinin mexanik köməkçisi vəzifəsində CPC-yə işə qəbul olunmuşdur və 2011-ci ildən etibarən Mexanik vəzifəsində fəaliyyətini davam etdirir. Xaləddin İsmayılov müəssisədə işlədiyi dövr ərzində rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirmişdir.

 

Adı çəkilən əməkdaşlar 26 avqust 2011-ci il tarixində “Caspian Pipe Coatings” MMC-nin rəhbərliyi tərəfindən müvafiq sertifikatlar ilə təltif olunmuşlar.