Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

Bakıda 20-ci Yubiley “Xəzər Neft və Qaz-2013” Sərgi və Konfransı keçirilmişdir

04 - 07.06.2013

4-7 iyun tarixlərində “Bakı Expo Mərkəzi”-ində Xəzəryanı ölkələrin Neft-Qaz  sektorunda çalışan şirkətlərin qabaqcıl tədbirlərindən biri hesab olunan 20-ci Yubiley “Xəzər Neft və Qaz 2013” Beynəlxalq Sərgi və Konfrans keçirilmişdir.

Sərgidə karbohidrogen yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 28 ölkədən olan 386 şirkəti bir araya gəlmişdir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi ölkələrdən olan şirkətlər  sərgidə öz milli qrupları ilə təmsil olunmuşdurlar. Keçən il ilə müqayisədə sərgidə iştirak edən şirkətlərin sayı 20% artmışdır.

Ötən illərdə olduğu kimi tədbirdə  “Caspian Pipe Coatings”(CPC) MMC də öz məhsullarını və xidmətlərini  sərgidə nümayiş etdirmişdir. CPC 20-ci Yubiley “Xəzər Neft və Qaz 2013” Beynəlxalq Sərgisində 2106 saylı sərgi stendi ilə təmsil olunmuşdur.

Ənənəvi olaraq, CPC-nin sərgidə iştirakının səmərəliyinin artırılması məqsədilə müəssisənin hər bir departamenlərinin əməkdaşları sərgidə  cəlb olunmuşdurar. Səginin davam etdiyi 4 gün ərzində CPC-nin stendinə bir sıra xarici və yerli şirkətlərin nümayəndələri və sərgi ziyarətçiləri yaxınlaşmış və müəssisənin əsas fəaliyyət göstərdiyi sahələr haqqında dolğun məlumat almışdırlar.   
                          
CPC həmçinin 5-6 iyun tarixlərində Jumerah Bilgah Beach Hotelində keçirilmiş 20-ci yubiley “Xəzər Neft və Qaz 2013” Konfransında da iştirak etmişdir. Konfransda CPC-ni  müəssisənin Direktoru Azər N. İsayev təmsil etmişdir.