Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

Bredero Şou şirkətinin Batam – İndoneziya zavodlarına işgüzar səfər

01 - 07.12.2013

Məqsəd: Şah Dəniz 2 Layihəsi üçün MLPP örtüklü borulara Ağırlıq Beron Örtüyünün  vurulması sınaqlarına baxış
Müddəti: 01.12.2013 – 07.12.2013

CPC tərəfindən iştirak etdilər:

İlham Zeynalov – İstehsal üzrə Menecer

Pərviz Babayev – Keyfiyyətə Nəzarət üzrə Koordinator

1-ci gün - 01.12.2013

- Sinqapurun Çangi Aeroportuna çatdıq.
- Taksi ilə Bərə Limanına gəldik.
- İndoneziyanın Batam adasının Bərə Limanına çatdıq.
- Taksi ilə Harmoni mehmanxanasına gəldik.

2-ci gün - 02.12.2013

Səhər Bredero-Şounun avtomobili bizi mehmanxanadan PT Bredero Şounun İndoneziyada yerləşən Kavasan Sənaye Zonasındakı Boru Örtükləmə Zavoduna apardı. Əməliyyatlar üzrə Menecer Robert Vilson bizi qarşılayıb salamladı. O bizə PT Bredero Şounun İndoneziyadakı  Boru Örtükləmə Zavodu, Şahdəniz 2 layihəsi üzrə sinaqlar və hazırda yerinə yetirilən layihə barədə ümumi məlumat verdi. Texniki Təhlükəsizlik üzrə Təlimatdan sonra sahəyə getmək üçün bizə müvafiq FMV verildi. Sahəyə getməzdən əvvəl BP şirkətinin nümayəndələri ilə görüşdük.  Əməliyyatlar üzrə Menecer Robert Vilson ilə birlikdə aşagıdakı məntəqələri gəzdik:

Şahdəniz 2 Layihəsi üçün çox qat örtüklü boruların saxlanıldıqları anbar sahəsi

Başqa bir layihə (Impeks Qaz Layihəsi) üçün üzlü boruların örtüklənməsi ilə məşğul olan Çox Qatlı Polipropilen Örtükləmə Sexi (MLPP

Axın üsulu ilə ağırlıq beton örtüklərinin vurulduğu qalın örtük sexi

Kompressiya Ağırlıq Beton Örtükləmə sexi

Anti-Korroziya Örtüklənməyə Keyfiyyətə Nəzarət üzrə Laboratoriya

Başqa bir layihə üçün üzlü boruların örtüklənməsi ilə məşğul olan 3 qat PE/PP örtükləmə sexi

Örtük yapışqanlığının sınağı üçün sahə

Dəmir filizi və qum saxlanılması üçün sahələr  

3-cü gün - 03.12.2013

Səhər Təmir və texniki xidmət üzrə menecer Piter Stiil ilə görüşdük. O bizə sexlərdə gedən təmir işləri ilə əlaqədar məlumat verdi. Sonra P.Stiil ilə birlikdə aşağıdakı texnoloji sahələri gəzdik:

Örtüyün soyulması sexi

Daxili örtükləmə sexi

MLPP Sexində boruların örtüksüz ucluqlarının hazırlanma məntəqəsi

Şahdəniz 2 üzrə sınaqlar üçün yeni alınan daş aqreqatlarına nəzarət üçün ağırlıq beton örtük materillarının saxlanılma sahəsi 

ABƏŞ nümayəndələri ilə birlikdə Şahdəniz 2 Layihəsi üçün 2 sınaq borusunda MLPP örtüyünün yapışqanlıq gücünü dəqiqləşdirmək üçün yapışqanlıq sınaq sahəsi

Qızdırılmada köhnəlmə sınağına baxış məqsədilə Anti Korroziya Örtüyü üzrə Laboratoriya

4-cü gün - 04.12.2013

Şahdəniz 2 layihəsinin MLPP örtüklü borularına ağırlıq beton örtüyünün vurulmasının daxili sınaqlarına baxış məqsədilə Təmir və texniki xidmət üzrə menecer ilə qalın örtük sexinə gəldik. Sexdə KZ/KN Meneceri David Konroy və İstehsalat Supervayzeri  Dedi Hasbullah ilə görüşdük. Sınağın gedişində aşağıdakı əməliyyatlara baxdıq:

Borularda beton örtüklər üçün karkaslı armaturu qurmaq

Sexin axın üsulu ilə örtüklənmə üçün hazırlamaq

 Borularda örtüyün qalınlığını və səhtin hamarlılığını yoxlamaq üçün bir borunu örtükləmək

Daxili sınaq borusundan örtüyü su şırnağı ilə çıxarmaq

Ağırlıq beton örtüyü üzrə laboratoriyada  aqreqat sınaqlar

3 boruya 40 mm qalınlıqlı beton vurmaq. 1 boruya kəsmə sınağı məqsədilə qismən örtük vuruldu.

3 boruya 100 mm qalınlıqlı beton vurmaq. 1 boruya kəsmə sınağı məqsədilə qismən örtük vuruldu. 100 mm qalınlıqlı beton üçün 2 lay karkas vuruldu: birinci lay polad karkas, ikinci lay metal tor

Ağırlıq beton örtüklənməsi gedişində keyfiyyətə nəzarət

Bütün yuxarıda qeyd edilən proseslər BP nümayəndələrinin iştirakı ilə keçirilirdi.

5-ci gün - 05.12.2013

Şahdəniz 2 layihəsi üçün 100 mm örtüklü MLPP borularının daxili sınaqlarına baxmaq üçün Təmir və texniki xidmət üzrə menecer ilə Kompressiya Ağırlıq Beton Örtüyü sexinə gəldik. Sex meneceri Alistar Salmon və Layihə meneceri Darsi ilə görüşdük. ABƏŞ nümayəndələri ilə aşağıdakı proseslərə baxdıq:

100 mm Ağırlıq Beton Örtüyünün vurulması üçün sexdə hazırlıq işləri.

6 boru 100 mm qalınlıqlı betonla örtükləndi.

Kəsmə sınağı üçün 2 boru seçildi və nümunə üçün göndərildi. 1 m uzunluqlu beton örtüyün 3 hissəsi kəsmə sınağına 6 nümunə hazırlamaq üçün boruların üzərində saxlanıldı  qalan hissəsi isə çıxarıldı.

Həmin gün Sıxılmada Sürüşmə Sınağı üçün MLPP örtük nümunələrinin hazırlanmasına baxmaq üçün anti-korroziya örtüyü laboratoriyasına getdik.

6-cı gün - 06.12.2013

Səhər MLPP örtüklü botulatın 40 mm betonla  örtükləmməsi işlərinin başlanma vaxtını dəqiqləşdirmək məqsədilə Əməliyyatlar üzrə Menecer R.Vilson ilə görüşdük. 40 mm beton örtüklənmə üçün sexdə hazırlıq işləri  güclü yağışlar dayanana qədər təxirə salındı.  

Nahardan sonra PT Bredero Şou İndoneziya  örtükləmə zavodunun menecerləri ilə yekun iclas keçirildi.

BP nümayəndələri ilə birlikdə mehmanxanaya qayıtdıq.

7-ci - 07.12.2013

Səhər şirkətin avtomobili ilə Batam Bərə Limanına gəldik.
Günortadan sonra Sinqapur Bərə Limanına çatdıq.
Axşam Sinqapurdan İstanbula və oradan da Bakıya gəldik.