Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

“Xəzər Neft və Qaz 2012” Sərgi və Konfrası

05 - 08.06.2012

“Caspian Pipe Coatings” şirkəti “Xəzər Neft və Qaz 2012” Sərgi və Konfrasında iştirak etmişdir.

İyun ayının 5-8 tarixlərində “Baku Expo" sərgi kompleksində ənənəvi olaraq  Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan "Xəzər Neft və Qaz-2012" sərgisi keçirilmişdir. Hər il keçirilən “Xəzər Neft və Qaz” sərgisi Azərbaycanın neft və qaz sektorunun əsas tədbiri olmaqla bərabər, regionun neft sektorunu təmsil edən aparıcı ekspertləri və əsas şirkətləri bir yerə toplayan tədbirdir. Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirakı tədbirin yüksək statuslu olmasını bir daha sübut edir.

Həmçinin sərgini açılışı münasibətilə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun sərgiyə ünvanlanan salamlama məktubları oxunmuşdur. Hər il olduğu kimi bu ilki tədbir də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin(ARDNŞ) və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin dəstəyi ilə keçirilmişdir. Bu ilki tədbirdə dünyanın 35 ölkəsindən olan 304 şirkət iştirak etmişdir.  Sərgidə Böyük Britaniya, Almaniya, Çin, engiya və Türkiyə öz milli qruplarını təqdim etmişdirlər. MDB, Avropa və Şərqi Asiya ölkələrindən olan şirkətlərin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Şirkətimiz “Baku Expo" sərgi kompleksinin 2-ci pavilonunda yerləşən 2104 saylı stend ilə təmsil olunmuşdur. Şirkətimizin stendi sərginin ilk günüdən  ziyarətçilərin marağına səbəb olmuşdur.

Fəaliyyətimiz haqqında ziyarətçilərə ətraflı və əyani məlumat vermək məqsədilə keçən layihələrdə örtüklənmiş boruların nümunələri nümayiş etdirilmişdir. Həmçinin şirkətimizin  sərgidə iştirakının səməriliyini artırmaq məqsədilə Sərgidə iştirakçı qismində bütün departamentlərin əməkdaşları cəlb olunmuşdur. Sərginin davam etdiyi 4 gün ərzində yerli və xarici şirkətləri təmsil edən çoxlu sayda ziyarətçi şirkətimizin fəaliyyəti və regionda rolu haqqında ətraflı məlumat almışdırlar. Hər il olduğu kimi, bu ildə  “Xəzər Neft və Qaz 2012” sərgisi ilə bərabər “Xəzər Neft və Qaz 2012”  konrusı keçirilmişdir.

“Xəzər Neft və Qaz 2012” konfrasında şirkətimizi Direktor Azər N. İsayev təmsil etmişdir. Konfrasda karbohidrogen resursların hasialtından tutmuş, emalı, nəqli ,emalı və nəqli zamanı ekoloji aspektlər kimi sahələri əhatə edən məruzələr və təqdimatlar səsləndirilmişdir.