Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

“EUPEC France” şirkətinin Fransada yerləşən istehsal müəssisəsinə ziyarət

04 - 07.03.2013

04-07 mart 2013-cü il tarixlərində “Caspian Pipe Coatings”(CPC) MMC-nin Direktoru Azər N. İsayev, Direktorun müavinin Rasim Mustafayev, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov və ARDNŞ-in Sərmayələr İdarəsinin rəis müavini İlham Nəsirov ibarət nümayəndə heyəti  “EUPEC France” şirkətinin Fransanın Dankerk şəhərində yerləşən boru izolyasiya zavoduna səfər etmişdirlər.

Səfərin əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlıq perspektivləri, kadr mübadiləsi və CPC zavodunun müasirləşməsi ilə əlaqədar müzakirələrin aparılması olmuşdur. Səfər ərzində nümayəndə heyəti “EUPEC France” şirkətinin rəhbərliyi ilə görüşlər keçirmiş və  yuxarıda qeyd olunan məsələlər ilə bağlı müzakirələr aparmış, Dankerk şəhərində yerləşən istehsal müəssisəsini ziyarət etmiş, burada tədbiq olunan istehsal prosesi ilə yaxından tanış olmuşdurlar.