Hadisələr
27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisi
01.06.2022
Bakı Enerji Həftəsi çərçivəsində 01 iyun 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisi öz işinə başlamışdır.
Bu il ənənəvi “Xəzər Neft və Qaz” sərgisi dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirmişdir. İştirakçıların siyahısında Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiyanın şirkətləri olmuşdur.
“Xəzər Neft və Qaz” Sərgisində müəssisəmizin aparıcı əməkdaşları ziyarətçi qismində iştirak etmişdilər.