Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

“Caspian Pipe Coatings” MMC 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirdi

27.09.2022

27 sentyabr 2022-ci il tarixində “Caspian Pipe Coatings” MMC-də (CPC) Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları iştirak etdilər.
Tədbirin əvvəlində CPC-nin Direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış etdi və daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Daha sonra II Qarabağ müharibəsində iştirak edən CPC əməkdaşları Elvin Mikayılov və Fərid Məmmədov öz xatirələrini dilə gətirdilər. 
Əlavə olaraq vurğulandı ki, Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR), Vətən müharibəsi qaziləri və müharibədə şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirilir. SOCAR-da keçirilən tədbirdə Vətən müharibəsi iştirakçısı, CPC əməkdaşı, Keyfiyyətə Nəzarət üzrə inspektor Cahid Yaqubov da iştirak edirdi. Sonda CPC rəhbərliyi iştirakçılara tədbirə qoşulduqlarına görə təşəkkür etdi. 

Qalereya