Valyuta məzənnəsi: $ 1.7 € 1.8198 ₽ 0.0182 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iclas

10.05.2023

Bu gün müəssisəmizdə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iclas keçirilib.

“Caspian Pipe Coatings” MMC-nin (CPC) Direktoru cənab Azər N. İsayev çıxışında bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ulu Öndərin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edərək, ölkəmizin an ağır günlərində hakimiyyətə qayıdaraq xalqımızı qısa müddətdə bəlalardan, təlatümlərdən qurtarıb, əmin-amanlığı, sabitliyi, qanunçuluğu bərqərar etdiyini vurğuladı. İlham Əliyevin 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızın azad olunması ilə ata vəsiyyətini şərəflə yerinə yetirdiyini da xüsusi qeyd edərək, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın bundan sonra da möhtəşəm qələbələrin şahid olacağına əminliyini ifadə etdi.
Müəssisəmizin əməkdaşları da öz növbəsində Dahi Şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti barəsində məlumatlar verərək, xalqımızın hər zaman Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini vurğuladılar!

Qalereya