Valyuta məzənnəsi: $ 1.7 € 1.8479 ₽ 0.0194 ₺ 0.0515
AZ EN RU

Hadisələr

Hazırda icrasının uğurla davam etdiyi "1BCMA" Layihəsində sonuncu borunun beton örtükləməsi

02.06.2023

31 may 2023-cü il tarixində “Caspian Pipe Coatings” MMC-nin (CPC) istehsalat sahəsində əsas sifarişçisi NCOC (North Caspian Operating Company) şirkəti olan, hazırda CPC tərəfindən icrasının uğurla davam etdiyi "1BCMA" layihəsinin borularının betonla örtükləmə mərhələsinin yekunlaşması və örtüklənmiş boruların təyinatı üzrə vaqonlarla daşınması mərhələsinə keçid alması ilə əlaqədar sonuncu borunun beton örtüklənməsi münasibətilə tədbir keçirildi. 

Tədbirdə, Xəzər regionunda boru örtükləməsi sahəsində tək yerli tərəfdaş olan “Caspian Pipe Coatings” MMC şirkətinin Direktoru Azər N. İsayev, Direktor müavini- Baş mühəndis Təbriz Cəbrayılov, Layihə meneceri Eldəniz Hacıməmmədov,  Sahə əməliyyatları və Logistika üzrə menecer İlham Zeynalov, rəhbər və əməliyyat heyəti, eləcə də istehsalatda çalışan əməkdaşlar iştirak etdilər. 

Tədbiri açıq elan edən CPC-nin Direktoru Azər N. İsayev, sonuncu borunun örtüklənməsi və layihənin növbəti mərhələsinə keçid münasibətilə bütün əməkdaşları təbrik edib, örtükləmə mərhələsinin CPC-nin tərəfdaş şirkət qarşısında söz verdiyi tarixdə başa çatmasında əvəzolunmaz töhfələri olan hər bir əməkdaşın əməyini yüksək qiymətləndirərək, bu qədər önəmli beynəlxalq layihədə yorulmadan çalışaraq təhlükəsiz formada işləri yekunlaşdırdıqlarına görə onlara öz minnətdarlığını bildirmişdir.

NCOC şirkətinin əməkdaşı Rüstəm Bissaliyev çıxışında Azərbaycan və Qazaxıstan arasında uğurlu işgüzar əlaqələrdən danışaraq, "1BCMA" layihəsinin CPC tərəfindən uğurlu icrasının da iki ölkə arasında növbəti əməkdaşlıqlar üçün yeni imkanlar açacağını vurğulayıb, layihədə əməyi olan hər bir əməkdaşı təbrik edib.

Daha sonra CPC-nin rəhbərlik komandası, Kingspan Logstor tərəfdaş şirkətinin nümayəndələri layihənin uğurlu icrası barədə danışaraq, bütün əməkdaşlara sonsuz təşəkkürlərini çatdırıblar.

Sonda tədbirdə iştirak edən CPC heyəti, tərəfdaş şirkətin nümayəndələri və əməkdaşlar son örtüklənmiş borunun önündə birgə xatirə şəkli çəkdiriblər. 

 

Qalereya