Valyuta məzənnəsi: $ 1.7 € 1.8451 ₽ 0.0189 ₺ 0.0528
AZ EN RU

Hadisələr

CPC- 21 İl

19.06.2023

19 iyun - Müəssisəmizin təsis olunması günü ilə bağlı CPC-nin zavod və baş ofislərində tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə əsası qoyulan “Yeni Neft Strategiyası”nın uğurla həyata keçirilməsi çərçivəsində müəssisəmiz Cənab İlham Əliyevin təşəbbüsü ilə 19 iyun 2002-ci il tarixində təsis olunmuşdur. 
Neft və qaz boru kəmərlərinin korroziya əleyhinə izolyasiyası və beton örtüyünün çəkilməsi üzrə Xəzər regionunda yeganə müəssisə olan EUPEC/CPC ötən 21 il ərzində SOCAR, BP/ABƏŞ və TOTAL-ın sifarişləri ilə “Azəri - Çıraq - Günəşli”, “Şah Dəniz-1”, “Çıraq Neft Layihəsi”, “Şah Dəniz-2”, “Neft Daşları - Bahar”, “Bahar - Hövsan”, “Ümid”, “Abşeron”, “ACE və CGL”, “Ümid-Babək”, Epic of Gas Lift & Gas Injection Subsea Pipelines at Cheleken Oilfield Project layihələri icra etmiş və hazırda Qazaxıstanın "KCOI" və "NCOC" şirkətlərinin sifarişi ilə icrası davam edən "1BCMA" Layihəsi çərçivəsində ümumi uzunluğu 2670 km-dən çox boru örtüklənməsi işlərini həyata keçirmişdir.
Tədbirdə CPC-nin Direktoru Azər N. İsayev ötən 21 il ərzində uğurla icrası tamamlanmış və hazırda davam edən "1BCMA" layihəsinin hər bir əməkdaşın kollektiv səylərinin, fədakarlığının və sarsılmaz əməyinin bariz nümunəsi olduğunu qeyd etdi. CPC-nin reallaşdırdığı fəaliyyət istiqamətləri üzrə həm yerli, həm də regional miqyaslı yeni layihələrlə bundan sonra da ölkəmizə faydalı töhfələrini verəcəyindən əminliyini ifadə edərək, bütün əməkdaşları səmimi qəlbdən təbrik etdi.

Qalereya