Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

BİRGƏ İŞLƏYİRİK KONFRANSI 2 (WORKING TOGETHER CONFERENCE 2)

13-14.03.2012

Martın 13 və 14, Bakıda, “Hyatt Business & Conference” mərkəzində, Birgə İşləyirik Konfransı 2 – İş Planları və məsələlər adlı tədbir keçirilmişdi. Bu tədbirə, ÇNL çərçivəsində fəaliyyət göstərən və layihəyə dəstək göstərən şirkət və müəssisələrin nümayəndələri dəvət edilmişdi.

Konfransın əsas məqsədi, ÇNL icrası zamanı yerinə yetirilmiş işlər, meydana gəlmiş çətinliklər və narahat edən məsələlər haqqında müzakirələr aparmaqdan ibarət olub. Müəssisəmizi konrusda Direktor - Azər N. İsayev, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri - Anar Məmmədov, Təchizat və Logistika üzrə menecer - Elşad Məmmədhəsənov, ÇNL üzrə məsləhətçi - Eldəniz Hacıməmmədov, SƏTTƏM üzrə menecer - Sabuhi Rzayev, Layihə sənədləri üzrə mütəxəssis / Texniki tərcüməçi - Ağacəfər Hacıyev və İT üzrə koordinator – Adil Qurbanov təmsil edirdilər.

Azər N. İsayev ÇNL çərçivəsində CPC tərəfindən əhatə edilən işlər, gələcək planlar və ümumi məsələlər haqqında təqdimatla çıxış etdi. Azər N. İsayevin çıxışında, CPC-nin yüksək keyfiyyət və təhlükəsiz əmək meyarlarına əsaslanan fəaliyyəti sayəsində ÇNL çərçivəsində müəssisəmiz tərəfindən boruların korroziya əleyhinə örtüklənməsi və beton örtüyünün çəkilməsi ilə bağlı tamamlanmış və davam edən fəaliyyətlər haqqında konrus iştirakçılarına məlumat verilmişdi.

Konfransın çərçivəsində iştirakçılar qruplara bölünüb, ÇNL çərçivəsində fəaliyyət göstərən şirkət və müəssisələrin ərazilərini ziyarət etdilər. Ziyarət çərçivəsində SƏTTƏM məsələləri nəzərdən keçirilib, daha sonra isə, geniş müzakirə edilmişdi.

Qalereya