Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

BİRGƏ İŞLƏYİRİK KONFRANSI 3 (WORKING TOGETHER CONFERENCE 3)

11-12.09.2012

11-12 Sentyabr 2012-ci il tarixində “Hyatt Business & Conference” mərkəzində,  BP/AİOC şirkətinin təşkilatçılığı ilə “Çıraq Neft Layihəsi” (ÇNL) icrası çərçivəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrin iştirakı ilə “Birgə İşləyirik Konrusı-3” baş tutmuşdur.

Keçirilən tədbirin əsas məqsədi “Çıraq Neft Layihəsi” çərçivəsində fəaliyyət göstərən müəssisələrdə layihə icrasının hansı mərhələdə olduğunu öyrənmək və həmçinin meydana gəlmiş çətinliklər və narahat edən məsələlər haqqında müzakirələr aparmaqdan ibarət olmuşdur. İclasın ilk günündə iştirakçılar müvafiq qruplara bölünmüş və ÇNL çərçivəsində fəaliyyət göstərən şirkətlərin sahələrinə yollanmışdırlar.

Ziyarətin əsas məqsədi fəaliyyət zamanı istehsal sahələrində SƏTƏMM qaydalarına üzrə öhdəliklərə riayət olunmasına nəzarət etmək, həmçinin bu istehsal sahələrində tətbiq olunan  SƏTƏMM qaydalarında aid təcrübə mübadiləsi aparmaqdan ibarət olmuşdur. Konrusın ikinci gününün birinci yarısında, sahələri ziyarət etmiş qruplar tərəfindən, sahələrdə aparılan yoxlama nəticələrindən ibarət olan təqdimatlar göstərilmişdi. Daha sonra, konrusda iştirak edən şirkətlər, ÇNL çərçivəsində həyata keçirdikləri əməliyyatların hansı mərhələdə olduqları haqqında, və, həmçinin icra zamanı yaranmış ləngimələr haqqında ətraflı məlumat verilmişdilər. Sonda, konrus iştirakçılarından ibarət işçi qrupları konrus zamanı təqdim olunmuş layihədə mövcud ləngimələrin səbəbləri və onların həlli yolları haqqında müzakirələr aparılmışdır.

”Caspian Pipe Coatings” şirkətini, konrusda, Direktor/Layihə direktoru- Azər N. İsayev, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri- Anar Məmmədov, CPC üzrə məsləhətçi- Franka Harli, SƏTƏMM üzrə koordinator - Akim Quliyev və  İnzibati işlər və marketinq üzrə mütəxəssis - Emin Əmirov təmsil etdilər.

Qalereya