Valyuta məzənnəsi: $ 1.7 € 1.8198 ₽ 0.0182 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Müəssisə kollektivi Novruz bayramı ərəfəsində xeyriyyə tədbiri həyata keçirdi

12.03.2019

12 mart 2019-cu il tarixində “Caspian Pipe Coatings” MMC-nin kollektivi Novruz bayramı ərəfəsində xeyriyyə tədbiri həyata keçirdi.

CPC-nin nümayəndələri Bakı şəhəri, Sahil qəsəbəsində yerləşən Azərbaycan Respublikası "Müşviq" Əlil Uşaqlara Yardım İctimai Birliyi, Bərpa və Sosioloji Mərkəzinin rəhbəri ilə mütəmadi olaraq əlaqə saxlayırlar. "Müşviq" mərkəzinin rəhbəri ilə sonuncu telefon danışığından sonra mərkəzin elektrik sobasına ehtiyac olduğu məlum oldu. CPC tərəfindən 1 ədəd elektrik sobası alınaraq Mərkəzin istifadəsinə verildi və eyni zamanda CPC kollektivi tərəfindən yığılan vəsait hesabına Mərkəzə ənənəvi Novruz şirniyyatları alındı. Bu təşkilat 18 ildən artıq fəaliyyət göstərərək fiziki və əqli cəhətdən inkişafda anomaliyaları olan yüzlərlə uşaqlara və yeniyetmələrə yardım göstərir. Hal hazırda mərkəz 26 uşağın inkişafı üçün reabilitasiya xidməti göstərmə potensialına qadirdir. CPC nümayəndələri Mərkəzə baş çəkərək orada inkişaf etdirilən əlil uşaqlarla səmimi görüş keçirdilər.

"Müşviq" Təşkilatının rəhbəri Validə Abbasova təşkilatın bütün işçiləri adından bu xeyriyyə tədbirində könüllü olaraq bütün səmimiyyətilə iştirak edən CPC nümayəndələrinə öz dərin təşəkkürünü bildirdi.

Qalereya