Valyuta məzənnəsi: $ 1.7 € 1.748 ₽ 0.0278 ₺ 0.0951
AZ EN RU

Xəbərlər

19 iyun - müəssisənin təsis olunmasının 20-ci ildönümü

19 iyun 2002-ci il - müəssisəmizin “Eupec Pipe Coatings Azerbaijan” olaraq təsis edilmə günüdür. Müəssisəmiz təsis olunduğu tarixdən 20 illik fəaliyyəti dövrü ərzində ümumi uzunluğu 2650 km-dən çox bir sıra dövlət əhəmiyyətli regional və yerli magistral neft-qaz boru kəmərlərinin tikintisi layihələri çərçivəsində boruların korroziya əleyhinə izolyasiyası və betonlanması işlərinin icra etmişdir. Bu Layihələrdən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz-1”, “Bakı-Tiflis-Ceyhan”, “Çıraq Neft Layihəsi”, “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” kimi regional və “Günəşli - Neft Daşları”, “Neft Daşları - Bahar”, “Bahar - Hovsan”, “Ümid”, “Abşeron”, “CGLP” (Conventional Gas Lift Project), “ACE” (Azeri Central East), “Ümüd-Babək” kimi regional və yerli əhəmiyyətli layihələri uğurla həyata keçirmişdir.