Valyuta məzənnəsi: $ 1.7 € 1.8253 ₽ 0.0193 ₺ 0.0523
AZ EN RU

Xəbərlər

1BCMA boru kəmərinin tikintisi layihəsi

CPC və LOGSTOR NCOC-dan (North Caspian Operating Company) 1BCMA boru kəmərinin tikintisi layihəsi çərçivəsində izolyasiya işlərinin yerinə yetirilməsi üçün sifariş alıblar.

LOGSTOR şirkəti uzunluğu 16 km olan 16” boruların tədarükü üzrə tərəfdaşlıq çərçivəsində istehsal xəttini Azərbaycanda CPC ərazisinə köçürəcək. LOGSTOR borulara polipropilen köpük və polietilen örtük tətbiq etməzdən əvvəl CPC tərəfindən korroziyaya qarşı örtük və borular Qazaxıstana çatdırılmadan öncə isə CPC son mərhələdə ağırlaşdırıcı beton örtük tətbiq edəcəkdir. LOGSTOR-un Baş İcraçı direktoru Andrzej Kremer bu mükafatı "bu nüfuzlu layihə üçün CPC və LOGSTOR-u birləşdirən heyrətamiz uğur" kimi xarakterizə etdi.

CPC-nin Direktoru Azər N. İsayev "bu uğur CPC və LOGSTOR arasında güclü tərəfdaşlıq yaradacaq və ümid edirəm ki bu artıq NCOC tərəfindən planlaşdırılan 1 BCMA layihəsinin növbəti mərhələlərinin (2 BCMA və 3 BCMA) və Xəzər regionunda digər İş həcmlərinin müəssisələrimiz tərəfindən birgə həyata keçirilməsinə gətirib çıxaracaq".

Mark D. Jones (İstilik Həllərinin Satış Direktoru) əlavə etdi: "CPC ilə tərəfdaşlıq bu mükafatı qazanmaq üçün hərəkətverici qüvvə oldu və ümid edirəm ki, bu, bir çox digər imkanlardan birincisidir, bölgədə olmayan texnologiyamız, inanılmaz CPC imkanları və xüsusi peşəkar heyətin olması əvvəlcədən boru kəməri tikintisi üçün tələb olunan izolyasiya həllini yaratdı.. İki təşkilat arasındakı münasibətlər tender mərhələsi boyunca inkişaf edərək möhkəmləndi və həyata keçirilməyə davam etdikcə sinerji və ümumi hədəflər layihənin problemsiz həyata keçirilməsini təmin edəcəkdir”.

Eldəniz Hacıməmmədov (CPC Layihə meneceri) qeyd etdi ki, hazırda "işçilərimiz artıq boru örtüklərinə başlamışlar və 1 BCMA Layihəsini uğurla həyata keçirmək üçün LOGSTOR ilə növbəti mərhələdə birlikdə işləməyi səbirsizliklə gözləyirik."

Boru kəmərinin tikintisi üçün boruların CPC-də istehsal prosesi artıq başlanılıb və təyinat məntəqəsinə tədarükü üçüncü rübdə başa çatdırılacaqdır.